Modern.az

30 muğam ustadından biri haqda yeni kitab hazırlanır

30 muğam ustadından biri haqda yeni kitab hazırlanır

Aktual

19 Avqust 2022, 11:47

Tanınmış ictimai xadim, şair-publisist və muğam irsimizin tədqiqatçısı Gülhüseyn Kazımlının yeni kitabı nəşrə hazırlanır.

Modern.az-ın məlumatına görə, kitab Beynəlxalq Muğam Mərkəzində büstü ucaldılmış 30 ən qüdrətli xanəndədən biri, Avropaya 6 aylıq qastrol səfərinə çıxmış ilk azərbaycanlı muğam ustadı (1927-ci il), "Şüştər" muğamının ən mahir ifaçısı, 1872-ci ildə Şuşada doğulmuş,1962-ci ilə kimi İstanbulda yaşayan Məşədi Məmməd Fərzəliyvə həsr olunub.
 

“Kitabda son illər professor Murad Hüseynov və mən, habelə araşdırmaçı jurnalistlər Dilqəm Əhməd və Hafiz Əhmədov tərəfindən böyük xanəndəmizim Türkiyədəki irsinə aid ən yeni arxiv sənədlərinə də xüsusi bölmə ayrılıb”, - G.Kazımlı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı