Modern.az

İşdən çıxarıldığı deyilən generalla bağlı AÇIQLAMA

İşdən çıxarıldığı deyilən generalla bağlı AÇIQLAMA

Aktual

19 Avqust 2022, 12:20

Dövlət Gömrük Komitəsi general-mayor Vahabov Mirqasım Fazil oğlunun işdən çıxarılması barədə xəbəri təsdiqləməyib.

 

Modern.az-ın məlumatına görə, DGK-dan bildirilib ki, yayılan xəbər həqiqətə uyğun deyil.

 

***

12:20

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi işdən çıxarılıb.

 

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

 

Qeyd edək ki, general-mayor Mirqasım Vahabov Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı