2022-ci ildə Qazaxıstan və Özbəkistanda baş verən fövqəladə hadisələr Qərb dövlətlərinin orada “rəngli inqilablar” təşkil etmək cəhdlərinin nəticəsi idi.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, “rəngli inqilablar” hazırda "qondarma Amerika tipli demokratiyanın" təşviqi üçün əsas vasitə olaraq qalır.
“Ölkələrimizdə Qərb nümayəndələrinin onları təxribata çəkmək cəhdləri mütəmadi olaraq müşahidə olunur”, - Patruşev əlavə edib.
Təhlükəsizlik Şurasının katibi deyib ki, 2020-ci ildə Belarus, daha sonra Qazaxıstan və Özbəkistanda baş verən hadisələrə belə baxıldığını vurğulayıb.
Daha əvvəl Patruşev bildirmişdi ki, ABŞ terrorla “yalnız sözlə” mübarizə aparır. Onun sözlərinə görə, “Əl-Qaidə” və “İslam Dövləti” terror təşkilatları amerikalılar tərəfindən yaradılıb və hələ də onlar tərəfindən istifadə olunur.