Modern.az

İndiyədək 174 qazi Türkiyəyə göndərilib

İndiyədək 174 qazi Türkiyəyə göndərilib

Aktual

19 Avqust 2022, 16:53

Bu günə qədər "YAŞAT" Fondu tərəfindən 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

 

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı