Modern.az

Ermənistanda bələdiyyə binasına girən silahlı intihar edib - YENİLƏNİB 

Ermənistanda bələdiyyə binasına girən silahlı intihar edib - YENİLƏNİB 

Aktual

20 Avqust 2022, 00:55

Ermənistanın Masis şəhərində bələdiyyə binasına daxil olan silahlı şəxs intihar edib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər bələdiyyə sədrini müavini Norayr Hakopyan məlumat verib.

 

Silahlı şəxs Masis bələdiyyəsinin binasına soxularaq oranı partlatmaqla hədələyib.

 

***

23:50

Ermənistanın Masis şəhərində əlində qumbara və tapança olan şəxs bələdiyyə binasına daxil olub.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, polis silahlı şəxslə danışıqlar aparır.

 

Ərazidə silah səslərinin eşidildiyi bildirilir. Hazırda bələdiyyə binası polislərlə əhatəyə alınıb, əraziyə heç kim buraxılmır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı