Modern.az

Siyəzəndə bələdiyyə ərazisində başlayan yanğın meşəyə keçib

Siyəzəndə bələdiyyə ərazisində başlayan yanğın meşəyə keçib

Aktual

20 Avqust 2022, 14:14

"Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib, tərəfimizdən yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Şabran rayonu ərazisindəki yanğın isə lokallaşdırılıb".

Modern.az xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Şabran və Siyəzəndə baş verən yanğınlar hamını sarsıdıb, yenə də insanların ehtiyatsızlığından təbiət zərər görür:

“Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı