Modern.az

Generalın nəticəsi qəzada öldü

Generalın nəticəsi qəzada öldü

Aktual

26 Avqust 2022, 22:01

Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinski qəza nəticəsində həlak olub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Goranboy rayonu ərazisində baş verib.

 

Qeyd edək ki, qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir. O, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

 

Xatırladaq ki, Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator ordusunun zabiti, general-leytenant olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı