Modern.az

Talış-Tap Qaraqoyunlu yolunun tikintisi davam edir

Talış-Tap Qaraqoyunlu yolunun tikintisi davam edir

Aktual

7 Sentyabr 2022, 11:40

Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Talış-Tap Qaraqoyunlu-Qaşaltı Qaraqoyunlu -Naftalan avtomobil yolunda tikinti işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə tikilməkdə olan avtomobil yolunun Tap Qaraqoyunlu hissəsinə baxış keçirdi. İcra Başçısı, yerli sakinlərin, o cümlədən Şəhid ailələri və Qazilərin müraciətlərini nəzərə alaraq, yolun yaşayış məntəqəsinin mərkəzindən keçən hissəsində fərdi yaşayış evlərinin və sosial obyektlərin qarşısında, xüsusən də Şəhidlər Xatirə-Abidə Kompleksinin önündə tikinti işlərinin kəndin infrastruktur inkişafı planlarına uyğunlaşdırlması ilə bağlı müzakirələr apardı, tövsiyyələrini bildirib.

 

Vətəndaşların istifadəsinə veriləcək yolun Tap Qaraqoyunlu kəndindən keçməsi ilə Talış-Suqovuşan yoluna həm də Naftalan şəhərindən getmək mümkün olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı