Modern.az

Bakıda bu marşrut xətləri satışa çıxarıldı

Bakıda bu marşrut xətləri satışa çıxarıldı

Aktual

7 Sentyabr 2022, 12:48

Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlumata görə, bunlar 103, 130, 139, 149 və 206 nömrəli müntəzəm marşrut xətləridir.

 

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı