Modern.az

Nazir ana olan 13 yaşlı məktəblidən DANIŞDI

Nazir ana olan 13 yaşlı məktəblidən DANIŞDI

Aktual

7 Sentyabr 2022, 14:04

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda 13 yaşlı məktəbli qızın körpə dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma aparıldığını vurğulayıb.

 

O qeyd edib ki, bu, nazirliyin səlahiyyətinə aid olan məsələ deyil: "Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olsa, ölçü götürəcəyik".

 

Qeyd edək ki, ötən gün Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

 

Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

 

Hazırda ana və körpənin vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı