Modern.az

13 yaşlı ananın psixoloji durumu öyrənilir

13 yaşlı ananın psixoloji durumu öyrənilir

Aktual

7 Sentyabr 2022, 14:08

7 sentyabr 2022-ci ildə sosial şəbəkədə 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

 

Qurum rəsmisi deyib ki, Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib.

 

“Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məsələlər Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir”, - T.Mərdanoğlu deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı