Modern.az

Ana olan 13 yaşlı qızdan yeni XƏBƏR VAR

Ana olan 13 yaşlı qızdan yeni XƏBƏR VAR

Aktual

7 Sentyabr 2022, 14:26

Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər.

 

Ombudsman Aparatından Modern.az-a verilən xəbərə görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

 

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı