Rusiyanın Ukraynaya hücumu nəticəsində indiyədək 5767 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner bildirib.
Onun sözlərinə görə, müharibə dövründə 14 059 mülki insan Rusiyanın hücumlarından zərər çəkib.
"Döyüşlər nəticəsində 5767 dinc sakin həlak olub, 8292 nəfər yaralanıb. Biz dəfələrlə qeyd etmişik ki, faktiki rəqəmlər yəqin ki, bundan xeyli çoxdur", - Boqner çıxışında qeyd edib.
Bundan əlavə, 416 nəfərin Rusiya tərəfindən işğal olunmuş ərazilərdən yoxa çıxması faktı müəyyən edilib. Onlardan 16 nəfəri ölü tapılıb, 166 sakin isə sərbəst buraxılıb.