Modern.az

Putin III Çarlzı təbrik etdi

Putin III Çarlzı təbrik etdi

Aktual

10 Sentyabr 2022, 15:07

Rusiya Prezidenti Vladimir Putin III Çarlzı Böyük Britaniyanın kralı elan edilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Putin III Çarlza təbrik teleqramı göndərib:

 

“Vladimir Putin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlza taxta çıxması münasibətilə təbrik teleqramı göndərib”.

 

Qeyd edək ki, mərhum Kraliça II Elizabetin oğlu III Çarlz sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın Kralı elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı