Modern.az

DİN-dən polis maşınındakı qızlarla bağlı AÇIQLAMA

DİN-dən polis maşınındakı qızlarla bağlı AÇIQLAMA

Aktual

10 Sentyabr 2022, 18:28

Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb. 

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

 

"Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır", - rəsmi açıqlamada qeyd olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı