Modern.az

Sərhəddə yerləşən erməni kəndləri BOŞALDILIR

Sərhəddə yerləşən erməni kəndləri BOŞALDILIR

Aktual

13 Sentyabr 2022, 04:04

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrində ciddi panika yaşanır.

 

Modern.az xəbər verir ki, sərhəd ərazilərdəki bəzi kəndlərin boşaldılması haqda məlumatlar dolaşır.

 

Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, cənub istiqamətində, xüsusilə Qafan şəhəri yaxınlığında yerləşən kəndlərin sakinləri təcili evlərini tərk edirlər.

 

Sərhəddə baş verən hərbi qarşıdurmadan sonra erməni əhalisinin köçürülməsinə başlanıldığı deyilir.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ağır itkilər verib.

 

Həmçinin oxuyun:

Ermənilər TƏŞVİŞDƏ: İrəvanda izdiham yaşanır - VİDEO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!