Modern.az

Təxribatlara cavab vermək Azərbaycanın suveren hüququdur

Təxribatlara cavab vermək Azərbaycanın suveren hüququdur

Current

13 Sentyabr 2022, 04:42

Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan suveren hüququdur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

O bildirib ki, Azərbaycan nəyin bahasına olur olsun Ermənistanın revanş məqsədli təxribatlarına son qoyaraq bölgədə təhlükəsizliyə nail olacaq, davamlı sülhü və sabitliyi qoruyacaq.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı