Modern.az

Qəbələdə 1 nəfər meşədə itkin düşüb

Qəbələdə 1 nəfər meşədə itkin düşüb

Aktual

3 Dekabr 2022, 11:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

 

Modern.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?