Modern.az

İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub

Aktual

3 Dekabr 2022, 14:57

İndoneziyanın Yava adası sahillərində 6,7 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri təxminən 126 min nəfər əhalisi olan Paseh şəhərindən 49 km cənub-qərbdə, zəlzələ ocağı isə 118 km dərinlikdə yerləşib.

 

Ölən və yaralıların olması barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?