Modern.az

Kiyevin enerji infrastrukturu hər an çökə bilər

Kiyevin enerji infrastrukturu hər an çökə bilər

Aktual

17 Yanvar 2023, 08:40

Kiyevin enerji infrastrukturu hər an sıradan çıxa bilər, çünki Rusiya mühüm obyektlərə zərbə endirmək imkanına malikdir.

 

Modern.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Reuters” agentliyinə müsahibəsində deyib.

 

“Biz çöküşdən danışmırıq, lakin bu, hər an baş verə bilər. Çünki Rusiya raketləri bizim doğma şəhərimiz Kiyevdə və təkcə orada deyil, digər şəhərlərdə də kritik infrastrukturumuzu məhv edə bilər”, - deyə Kliçko bildirib.

 

Kiyev meri əlavə edib ki, Kiyevdə elektrik enerjisi çatışmazlığı təxminən 30 faiz təşkil edir.

 

Qeyd edək ki, Ukraynanın energetika naziri Herman Qaluşenko Kiyev, Vinnitsa, İvano-Frankivsk, Lvov və Xarkov vilayətlərində, eləcə də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində enerji infrastrukturu obyektlərinə ziyan dəydiyini bildirib.

 

Ukraynanın əksər bölgələrində fövqəladə elektrik enerjisi kəsilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?