Modern.az

Sürüşmə zonalarının sayı və son vəziyyət açıqlandı

Sürüşmə zonalarının sayı və son vəziyyət açıqlandı

Aktual

17 Yanvar 2023, 11:31

Azərbaycanda 99 lokal sürüşmə zonası var.

 

Modern.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

 

Agentlik rəhbəri bildirib ki, onlardan 42-si aktivsürüşmə zonasıdır:

 

"42 sürüşmə sahəsi davamlı monitorinqə cəlb edilib. Abşeron, Bayıl, Badamdar, Badi Kubə, Qaraçuxur və Zığ sürüşmə zonaları, Astara və Lənkəranda, Quba, Qusar, Şabran və Şamaxıda aktiv sürüşmə sahələri var. Bu gün həmin ərazilər nəzarətdə saxlanılır. Sonuncu monitorinqə görə, aktiv sürüşmə sahələrində vəziyyət sabitdir. Hazırda Günəşli və Badamdar yamaclarında sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?