Modern.az

Polis parkda unudulan “pullu çanta” tapdı - FOTO

Polis parkda unudulan “pullu çanta” tapdı - FOTO

Aktual

17 Yanvar 2023, 11:41

Sabunçu rayonunda qadın içərisində xeyli pul olan əl çantasını parkda unudub. Ancaq onun bəxti gətirib, çünki çantanı polis əməkdaşı tapıb.

Modern.az xəbər verir ki, Bakıxanov qəsəbəsindəki mərkəzi parkda sahibsiz qalan çantanı aşkar edən Sabunçu RPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Asif Məlikov onu aktla xidmət etdiyi polis idarəsinə təhvil verib.

Çantada 530 türk lirəsi, 200 ABŞ dolları, 7 manat, müxtəlif banklara məxsus ödəniş kartları və şəxsiyyət vəsiqəsi  olub. Araşdırma zamanı məlum olub ki, çantasını itirən şəxs Hədiyyə Cəfərovadır.

Polis  idarəsinə dəvət olunan H.Cəfərovaya əşyaları təhvil verilib. O, buna görə polis əməkdaşlarına, xüsusən polis polkovnik-leytenantı Asif Məlikova minnətdarlığını bildirib.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?