Modern.az

Qız Qalasının qarşısındakı körpü BAĞLANDI

Qız Qalasının qarşısındakı körpü BAĞLANDI

Aktual

17 Yanvar 2023, 16:53

Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb.

 

Bu barədə Modern.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.

 

Məlumata görə, körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

 

İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?