Modern.az

"Ağıllı şəhər" digər rayonlarda da həyata keçiriləcək 

Aktual

17 Yanvar 2023, 21:59

"Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin azad olunmuş digər ərazilərdə də həyata keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə deyib.

 

Prezident Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?