Modern.az

Türk liderləri toplandı, İran və Ermənistan silkələndi - Modern.az-ın icmalı

Türk liderləri toplandı, İran və Ermənistan silkələndi - Modern.az-ın icmalı

Aktual

17 Mart 2023, 09:30

Martın 16-da Türk dünyasının liderlərinin zirvə toplantısı, Naxçıvanda daha bir nazirin vəzifəsindən azad edilməsi və yeni nazirin təyin edilməsi, Ağdamda iki nəfərin minaya düşərək həlak olması gündəmin əsas mövzuları olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclas zamanı xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb. İclası Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu açıq elan edib. O, Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib. Ceyhun Bayramov Ankara görüşündə Zəngəzur dəhlizindən danışıb.

 

Bakıda yerləşən kafelərdən birində musiqi sifarişi üstündə dava düşüb və bir nəfər bıçaqlanaraq öldürülüb. Öldürülən şəxsin Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu açıqlanıb.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ötən ay qeydə alınan zəlzələdən sonra ilk köməyə gələn Türk dövlətləri olub. O, dəstəyə görə türk dövlətlərinə təşəkkür edib. "Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik", - Ərdoğan deyib.

 

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Dövlət başçısı, həmçinin vurğulayıb ki, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Prezident qeyd edib ki, Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olub.

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər il fevralın 6-nı zəlzələ nəticəsində həlak olanların xatirəsini anma və birlik günü kimi qeyd etməyi təklif edib. Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun TDT-nin növbəti toplantısında iştirakında ölkəsinin bu Təşkilata üzv dövlət kimi qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. 

 

Zirvə görüşündə yekun sənəd imzalanıb. Bəyannamədə TDT liderləri Tehrandakı səfirliyimizə hücumu qınayıb.  Liderlər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması barədə qərar qəbul edib.

 

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. O, həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Dünən, həmçinin Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edib və şiddətlə qınayıb. Dünən, həm də müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə 38 nəfər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric olunub.

 

1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər. Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. 

 

Martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.


Suriya prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb. O, Türkiyə hərbçiləri ölkəsini tərk etdikdən sonra Ərdoğanla görüşəcəyini bildirib.

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistana gəlib. Tasmaqambetov Ermənistana səfəri çərçivəsində Göyçəyə baş çəkib.

 

Dünən mətbuatın yaydığı məlumata görə, İsrail Ukraynaya dron əleyhinə sistemlərin satışına icazə verib. Dron əleyhinə sistemlər hazırlayan iki İsrail şirkəti - "Elbit" və "Rafael" üçün lisenziyalar təsdiqlənib.  Polşa prezidenti Anjey Duda bildirib ki, yaxın günlərdə Ukraynaya 4 ədəd SSRİ istehsalı olan MiQ-29 qırıcısı təhvil verəcək. İsveçin isə Ukraynaya 8 ədəd "Archer" özüyeriyən artilleriya qurğusu verəcəyi açıqlanıb. Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri ilə telefon danışığı aparıb. Çinin xarici işlər naziri Qin Qanq ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb. Qanq Rusiya-Ukrayna münaqişəsinin uzanması ilə bağlı Çinin narahatlığını ifadə edib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

Rüfət Səfərova qarşı zorakılıq edən şəxs TUTULDU

COVID pasportu olmayanlar Həccə gedə bilməyəcək - QMİ

Qərbi Azərbaycan İcmasından Fransaya ÇAĞIRIŞ

Testin ləğvi təhsil üçün fəlakət olar – HƏYƏCAN TƏBİLİ ÇALINDI

Qərb şirkətləri Rusiyanı tərk edərkən niyə çətinliklə üzləşir? 

Paşinyan “5-ci kolon” dedikdə kimləri nəzərdə tutur...

Rasmussendən absurd: İrəvanın KTMT üzvlüyünü dəstəklədi, Türkiyəni pislədi

Rusiya yenə SSRİ qurmaq xülyasındadır? - Kremlin planları...

Naxçıvana təyinat alan yeni nazir kimdir... - DOSYE (FOTO)

Liderlərin görüşü Şuşada keçiriləcəkdi... - İlham Əliyevdən jest

Lazım olsa, namizədliyimi geri götürərəm - İncedən ŞOK AÇIQLAMA

ABŞ-ın briqada generalı Xəzərin sahilində

“5-ci kolon”un başçısı Paşinyandır - Erməni generaldan etiraz

Kürdə suyun səviyyəsi 1,6 metr AZALIB

Yumurtanın qiyməti artıb? - AÇIQLAMA

Ağdamdakı mina partlayışı 5 uşağı atasız qoydu

Moldovada parlament dövlət dilinin dəyişdirilməsinə HƏ dedi

Bunu Paşinyanın vicdanına buraxırıq - Zaxarova cavab verdi

Mayın 1-də Gürcüstanla quru sərhədləri açılacaq?

Ankara Bəyannaməsində nədən bəhs edilir - TAM MƏTN

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı