Modern.az

Bunu Paşinyanın vicdanına buraxırıq - Zaxarova cavab verdi 

Bunu Paşinyanın vicdanına buraxırıq - Zaxarova cavab verdi 

Dünya

16 Mart 2023, 20:06

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, rus jurnalistin sualını cavablandırıb.

 

Məlumat üçün qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl keçirilən mətbuat konfransında demişdi ki, Rusiya Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. Zaxarova buna cavab olaraq söyləyib ki, Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatda dəqiq yazılıb: "Sadəcə bu sənədi açıb baxmaq lazımdır ki, ölkəmiz hansı öhdəliyi üzərinə götürüb, hansını götürməyib".

 

Rusiya XİN sözçüsü bildirib ki, burada çox şey tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. 

 

"Biz Ermənistan tərəfinin bəyanatlarına Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Buna görə də, Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”, - Zaxarova sözlərini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir