Modern.az

Fazil Mustafa əməliyyatdan sonra özünə gəlib - YENİLƏNİB

Fazil Mustafa əməliyyatdan sonra özünə gəlib - YENİLƏNİB

Aktual

29 Mart 2023, 00:31

Deputat Fazil Mustafanın vəziyyəti yaxşıdır, əməliyyatı uğurla keçib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

 

O qeyd edib ki, əməliyyatdan sonra Fazil Mustafa özünə gəlib və təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.

***

22:40

 

Bakıda silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanaya aparılıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, deputat 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata götürülüb.

 

Hazırda vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

 

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. 

Fazil Mustafa evinin qarşısında güllələndi - YENİLƏNİB
Bu xəbər ilə bağlı
Fazil Mustafa evinin qarşısında güllələndi - YENİLƏNİB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı