Azərbaycanın energetika naziri Pərviz Şahbazov israilli həmkarı Yakob Blitzşteyn ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə P.Şahbazov özünün "Twitter" hesabında məlumat yayıb.
Görüş Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Nazirlər hasilatın inkişafı, təbii qazın və “yaşıl enerji”nin Avropaya ixracı ilə bağlı planları müzakirə ediblər.