Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa terror aktına məruz qalıb. Onun sədri olduğu partiyadan - Böyük Quruluş Partiyasından (BQP) hadisəyə münasibət bildirilib.
Modern.az xəbər verir ki, bu barədə BQP-nin başqan müavini Əjdər Əliyev feysbuk səhifəsində paylaşım edib.
"BQP başqanı, Millət vəkili Fazil Mustafaya qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar həssaslıq nümayiş etdirən, hadisə yerinə, xəstəxanaya gələn, zəng edərək şəfa diləyən,dualarını əsirgəməyən bütün insanlara Böyük Quruluş Partiyası adından təşəkkürümüzü bildiririk", - deyə Fazil Mustafanın müavini yazıb.
Qeyd edək ki, deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb. Hazırda onun sağlıq durumunun qaydasında olduğu bildirilir.