Modern.az

GDU-da elmi-praktiki konfrans keçirilib

GDU-da elmi-praktiki konfrans keçirilib

Aktual

29 Mart 2023, 11:43

Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı elmi-praktiki konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransda Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və zəngin siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən, azərbaycançılıq məfkurəsi, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Rektor Yusif Yusibov bildirib ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edilidi.

 

Rektor Yusif Yusibov onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynayıb.

 

Elmi-praktiki konfransda universitetin Azərbaycan dili kafedrasının professoru  Mübariz Yusifov “Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin əsas atributları”, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri Əhəd Nəbiyev “Ümummilli Lider Heydər Əliyev  və Azərbaycanda üzümçülük, şərabçılığın inkişafı”, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının müdiri Azad Bayramov ”Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlər”, Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri Asif Cavadov “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri”, Sosial fənlər kafedrasının müdiri Cavid   Bağırzadə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, Azərbaycan və dünya  ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, məruzləri ilə çıxış ediblər.

 

Elmi-praktiki konfrsanda Ümummilli Lider Heydər Əliyevin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən ətraflı danışılıb.

 

****

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan elmi” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxışında “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyevin elmin inkişafına göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb. Bildirib ki, Azərbaycan təhsilinin son yarım əsrdə qazandığı böyük uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə görünməmiş uğurlar qazanıldı. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.

 

Rektorun baş müşaviri Asif Cavadov onu da diqqətə çatdırıb ki, elm və təhsil sahəsindəki islahatlar Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Tədbirdə YAP Gəncə şəhər Təşkilatının nümayəndəsi Yüksəl Məmmədov və universitetin Ümumi tarix kafedrasının müdiri Vüsalə Veysəlova çıxış edərək Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası, kadr potensialının yüksəldilməsi və elmin sürətli inkişafı üçün yaradılan imkanlardan danışıblar.

 

Tədbirin sonunda mövzu ətrafında tələbələri maraqlandırılan suallar cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı