Modern.az

Sahildən qanunsuz qum daşıyanlar saxlanıldı

Sahildən qanunsuz qum daşıyanlar saxlanıldı

Aktual

3 Aprel 2023, 11:08

Astara rayonu, Xəzər dənizi sahilindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Modern.az-ın məlumatına görəXidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidən vətəndaş Qalib Rəhmətov tərəfindən “Ural” markalı 99-LU-615 dövlət nömrə nişanlı, Mahir Məmmədov tərəfindən “T-16” traktor markalı 07 T-230 dövlət nömrə nişanlı, Camal Əkbərov tərəfindən “Kamaz” markalı 99-OK-391 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə 13,5 m3 həcmində qanunsuz qum daşındığı müəyyən edilib:

 

“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı