Modern.az

Polşa Ukraynaya MiQ-29 qırıcıları verib

Polşa Ukraynaya MiQ-29 qırıcıları verib

Aktual

3 Aprel 2023, 12:38

Polşa Ukraynaya bir neçə MiQ-29 qırıcı təyyarəsini təhvil verib.

 

Modern.az xəbər verir ki, bunu Polşa Prezidentinin beynəlxalq problemlər üzrə nümayəndəsi Marçin Pşidaç deyib.

 

İndiyədək Polşanın 28 ədəd MiQ-29 qırıcı təyyarəsi olub. Onlar Malbork şəhərindəki aviabazada saxlanılıb. Varşava yaxın bir neçə il ərzində həmin təyyarələri daha müasirləri ilə əvəzləməyi planlaşdırırdı.

 

Qeyd edək ki, martın 16-da Polşa Prezidenti Anjey Duda Kiyevin yaxın günlərdə Varşavadan ilk dörd qırıcı təyyarə alacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda servis xidməti keçən qalan təyyarələr də hazırlanaraq Kiyevə göndəriləcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İran hərəkətə keçdi - Bakıya qarşı növbəti hücum