Modern.az

Yoluxanların sayı 100-ü keçdi - ÖLƏN VAR

Yoluxanların sayı 100-ü keçdi - ÖLƏN VAR

Aktual

12 Aprel 2023, 16:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 96 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 830 531 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 851nəfər müalicə olunaraq sağalıb, 10 199 nəfər vəfat edib, aktiv xəstə sayı 481 nəfərdir.

 

Son sutka ərzində 1 548, hazırkı dövrədək isə 7 572 070 test aparılıb.

 

1233741

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?