Modern.az

Erməni bloger: Azərbaycandan üzr istəyin!

Erməni bloger: Azərbaycandan üzr istəyin!

Aktual

15 Aprel 2023, 14:34

Türkiyədə yaşayan erməni bloger İşxan Verdiyan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə Ermənistan hökumətini üzr istəməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bloger bu barədə sosial şəbəkə hesabında yazıb.

 

"Məsul dövlət qurumları dünən baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəməyənə qədər bütün dünya, eləcə də mən belə qəbul edəcəyik ki, bu təxribatı hökumət özü törədib", - deyə İşxan Verdiyan bildirib.

 

Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.

 

Bayrağımızın yandırılması ilə əlaqədar cinayət işi AÇILDI
Bu xəbər ilə bağlı
Bayrağımızın yandırılması ilə əlaqədar cinayət işi AÇILDI
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...