Modern.az

İstanbuldan Bakıya 17 kq qızıl gətirmək istədi 

İstanbuldan Bakıya 17 kq qızıl gətirmək istədi 

Aktual

15 Aprel 2023, 15:00

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl-zinət əşyaları aşkar edilib.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

 

Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?