Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, Akar Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin şəhid olması ilə əlaqədar azərbaycanlı həmkarına başsağlığı verib.
Məktubda Hulusi Akar Azərbaycan xalqının hiss etdiyi ağrıları ürəkdən paylaşdığını bildirib: "Türkiyə və Azərbaycan "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdədir. İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik".