Modern.az

Nazir Toğrul Nərimanbəyovun məzarını ziyarət edib

Nazir Toğrul Nərimanbəyovun məzarını ziyarət edib

Aktual

20 İyul 2013, 10:22

Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə Parisdə mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində nazir Ə.Qarayev Fransa paytaxtının mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, SSRİ-nin və Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.

Qeyd edək ki,Toğrul Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib və bu şəhərdə dəfn olunub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı