Modern.az

Misirdə yeni etiraz dalğası – ölənlər var

Misirdə yeni etiraz dalğası – ölənlər var

Aktual

20 İyul 2013, 11:58


Misirin devrilən prezidenti Məhəmməd Musinin yenidən hakimiyyətə qaytarılması üçün etiraz aksiyalar keçirilir. Modern.az-ın məlumatına görə, tərəfdarları paytaxt Qahirədə dövlət televiziyasının qarşısında toplanaraq Mursinin hakimiyyətə qaytarılmasını tələb ediblər. Ordu qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb.

Misirin üçüncü böyük şəhəri olan Mansurada da etirazlar keçirilib. Ordu gücləri Mursini dəstəkləyən insanlara atəş açaraq bir neçə nəfərin ölümünə səbəb olub. İlkin məlumatlara görə, 4 qadın dünyasını dəyişib.

Əl-Ariş şəhərində şəhərində baş verən qarşıdurmada da bir neçə etirazçı öldürülüb. Aksiyaların əsas məqsədi Məhəmməd Mursinin yenidən hakimiyyətə gətirilməsidir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı