Bu gün Vətəbdaş Həmrəyliyi Partiyasında (VHP) Milli Şura üzvləri ilə gənclərin görüşü keçirilib. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, politoloq Zəfər Quliyev iştirak ediblər.
Modern.az Müsavat.com-a istinadən xəbər verir ki, çıxış edən Müsavat başqanı İsa Qəmbər qeyd etdi ki, bu il vəziyyətin və hakimiyyətin dəyişməsi gerçəkləşəcək: “ Artıq hakimiyyət dayaqlarını itirib. Hətta hakimiyyət məmurları da öz maraqlarına toxunulmamaq şərti ilə dəyişiklik istəyirlər. Elə məmurlar var ki, azadlıqları müqabilində bu sistemi tərk etmək istəyirlər. Dünyada bir azadlıq dalğası başlayıb. Hakimiyyət beynəxlaq təcridolunma vəziyyətidədir. Bu hakimiyyətə neftə və qaza görə güzəşt edirlər. Bu ilin hakimiyyətin dəyişməsi tamamilə mümükündür. Bunun həlledici amili bizik. Beynəlxalq birlik də vəziyyətin dəyişməsinə maraqlıdır. Demokratik Qüvvələrin təmsilçiləri olaraq 2010-cu ilin saxta parlament seçkilərinə etiraz edərək böyük bir birlik-İctimai Palatanı yaratdıq. İP yaradılan Ziyalılar Forumu ilə də çox ciddi əməkdaşlıq etdi. Milli Şuranın yaranması ilə bu iki qurum orada birləşdi. Yazdan başlayaraq biz Milli Şura ideyasına çox ciddi dəstək verdik. Rüstəm İbrahimbəyovun istəyi ilə mən Əli Kərimli və Eldar Namazov birgə məsləhətləşmələr apardıq. Beləcə Milli Şura yarandı. Cəmiyyətin bütün təbəqələrindən bu birliydən dəstəklər gəldi. Milli Şuranın formalaşması istiqamətində bütün lazımı addımlar atıldı”. İsa Qəmbər bildiridi ki, indiki mərhələdə seçkilərlə bağlı bütün hazırlıq işləri aparılır: “Rüstəm bəy Bakıya gələcəyi tarixi açıqladı. Milli Şurada gənclər də təmsil olunurlar. Dəyişikliyin lokomativi gənclərdir. Sizdən, gənclər təşkilatlarından çox şey aslıdır. Biz sizə güvənirik”.AXCP sdəri Əli Kərimli qısa tezislərlə öz fikirlərini çatdırdı: “Azərbaycanın parlameti, prezidenti xalq tərəfindən seçilmir. Etiraf etmək lazımdır ki, qeyri-bərabər mübarizəyə əvvəllər xalqın bütün təbəqələri qoşulmurdu. Biz Milli Şuranı yaratmaqla kimin üçün səbəb, kimin üçünsə bəhanə olan maniələri aradan qaldırdıq”. Ə.Kərimli bildirdi ki, beynəlxaq təşkilatların hər biri heç də idealist deyil. Onlardan bu rejimlə əməkdaşlıq edənlər də var, bizim və xalqın sözünü eşidib dəstək olanlar da var. Milli Şuranın ən əsas amalı xalqın bütün təbəqlərini birləşdirərək hakimiyyəti dəyişmək yönündə sürətlə iş aparaqmdır. Milli Şura ideyası artıq xalq arasında çox pupuliyardır. Biz asan qələbəyə ümid etməməliyik. Ölkənin demokratik qüvvələrinin bir araya gəlməsi dəyişiklik yönündə çox şey edə bilər, hər şey yox. Bu prosesə aparıcı qüvvə olan siz gənclər çox böyük dəstək verməlisiniz. Ədalətlə mübarizəyə qoşulsaq biz qələbəni sürətləndirəcəyik, dəyişiklikliyə nail olacağıq. Bizim mübarizəmiz dinc mübarizədir. Dinc mübarizədə effekt əldə etmək üçün kütləviliyə nail olmalıyıq. Biz Azərbaycan xaqlının içərisində olan qorxunu çıxarmalı, onların ümidlərini, özlərinə əmninliklərini qaytarmalıyıq. Biz qələbəmizə inanmayana kimi dəyişiklik olamayacaq. Milli Şuranın çox pupuliyar namizədinin olması da bizə kömək edir. Biz Azərbaycan xalqını qarşıdakı üç ayda dəyişikliyə inandıra bilsək, bu hakimiyyəti yola salacağıq”.
Zəfər Quliyev builki seçkidə maraqlı bir tendensiya müşahidə etdiyini söylədi: “Hakimiyyət seçki qabağı nə qədər çalışsa da beynəlxaq dəstəyi qazana bilmir. Hakimiyyət o dəstəyi itiribsə biz o dəstəyi qazanmalıyıq. Qısa bir müddət də Milli Şura çalışmalıdır ki, xalqın daha geniş kütləsinin rəğbətini qazansın. Məni narahat edən məsələ Milli Şuranın cəmiyyətlə körpülərin yaradılması idi. Milli Şura yaxın günlərdə rayonlarda xalqla görüşlər keçirməlidir. Seçki kampaniyasını da sürətləndirməliyik. Xalqla görüşmədən onların dəstəyini almaq qeyri-mümkündür”.
Hüquq müdafiəçisi Vidadi İsgəndərli Milli Şura üzvlərinə sual ünvanlayıb. O qeyd etdib ki, bu gün təkcə Milli Şura üzvləri təqib olunmur: “Kimlər məni Milli Şurada görmək istəmirdisə mən onlara sağ ol deyirəm. Məsuliyyətim bir qədər azaldı. Mən Milli Şuraya üzv seçilsəydim bu yolda şəhid olmaqdan belə çəkinməzdim. Vijdanıma and olsun ki, min Avropa, min Amerika olsun, hamısı boş şeydir. Hər şeyi bu Azərbaycan xalqı həll edəcək. İndi elə bir ortam yaradıblar ki, guya Azərbaycan xalqının tək ümid yeri Rüstəm İbrahimbəyovdur. O gələ bilməsə, proseslərə qoşula bilməsə kim buna cavab verəcək? Özü deyir siyasətçi deyiləm. Nəyə görə Azərbaycanda müxalif mövqedə olan iki böyük partiya qeyri dəqiq fikirlərə dəstək verir?”.
AXCP sədri V.İsgəndərlinin sualına bu şəkildə cavab verdi: “Üç aylıq seçki kampaniyası dövründə özümüzü neqativlərə kökləməməliyik. Rüstəm bəy hələ elə bir mövqe ortaya qoymayıb ki, biz ona güvənməyək”. Zəfər Quliyev isə qeyd etdi ki, indiki məqamda yeni Milli Şura yaratmağın heç də yeri deyil: “20 ildir biz seçkiləri görə-görə gəlirik. Bu il bəzi qüvvələr həddindən artıq narahatlıq keçirir”.
İsa Qəmbər isə qeyd etdi ki, uğursuzluq olsa hamımız məsuliyyət daşıyacağıq: “Bu ideyanın müsbət və uğurlu olmasına çalışmalıyıq. Müsavatın mövqeyinə gəlincə isə, bu ideya iki illik keçid dövrü cəmiyyətə hakim kəsilib. Biz də bu keçid dövrü məsələsinin tərəfdarıyıq. Vahid namizdənin Müsavat və AXCP-dən olması o qədər vacib deyil idi. Bu Rüstəm bəy kimi ziyalılar da ola bilərdi. Vahid namizdi biz müəyyənləşdirdik. Əsas namizdə isə keçid dövründən sonra xalq müəyyən edəcək. Biz demirik ki, Milli Şura Müsavatın namizədini qəbul etsin. Biz deyirik ki, Rüstəm bəyin namizədliyinin qeydə alınmaması ehtimalı var. Bu risq də aradan qaldırılmalıdır. Bu hakimiyyət cəmiyyətlə müxalifətin birləşməsindən o qədər qorxur ki, bütün bölgələrdə müxaliflərin girişini qadağan edib. Müsavat Partiyası Rüstəm bəyin Azərbaycana gələrək siyasi proseslərin qarşısına keçməsini həddindən çox istəyir. Cəmiyyətin hazır olduğu, bizim hazır olduğumuz model budur. Rüstəm bəylə bağlı risq həddindən artıq çoxdur. İstənilən halda siyasətçi bütün variantlara hazır olmalıdır”.
Modern.az