Modern.az

Şuşa iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilib

Şuşa iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilib

Aktual

5 Yanvar 2022, 17:39

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdıranda böyük inam və qürur hissi ilə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Ölkə Prezidentinin  həmin gün səsləndirdiyi bu sözlər bu gün  də qulaqlarda əks-səda verir. 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər Günü kimi Azərbaycan tarixinə əbədi yazıldı.  Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin  Sərəncamı ilə “Zəfər Günü” elan edildi.

 

Modern.az xəbər verir ki, İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi “Şuşa İli” ilə bağlı onu da bildirib ki, dövlət başçısı İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə 30-dan artıq xarici mətbuata müsahibələrində bu məqamı xüsusi vurğulayırdı ki, Şuşasız bizim işimiz yarımçıq olar.

 

Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsi əsas hədəflərdən idi. Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, bütün işğal altında olan torpaqlarımızın azadlığa qovuşması dövlətimizin xarici siyasətinin əsas məsələsi idi. Prezident İlham Əliyev həmin müsahibələrində bu reallığı da diqqətə çatdırmışdır ki, Qarabağ məsələsi bizim üçün milli qürur məsələsidir.

 

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad Şuşa, eyni zamanda, digər işğaldan azad edilmiş bütün torpaqlarımız dirçəlir. Şuşa hazırda iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkandan dünyaya ünvanlanan əsas çağırış budur ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı