Modern.az

Daşaltıda bitən çətənə bitkiləri məhv edildi

Daşaltıda bitən çətənə bitkiləri məhv edildi

Aktual

26 İyun 2024, 13:55

Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

 

Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu