Modern.az

Bakının iki rayonuna qazın verilməsi dayandırılacaq

Bakının iki rayonuna qazın verilməsi dayandırılacaq

Aktual

28 Aprel 2026, 09:08

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28.04.2026-cı il tarixində saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ