Modern.az

Skuter sürən uşaqların valideynlərinə XƏBƏRDARLIQ

Skuter sürən uşaqların valideynlərinə XƏBƏRDARLIQ

Aktual

Bu gün, 16:22

Son vaxtlar paytaxt küçələrində hər addımbaşı qarşılaşdığımız səssiz “təhlükə” olan elektrik skuterləri artıq sadəcə əyləncə və ya alternativ nəqliyyat vasitəsi deyil, real qəza mənbəyinə çevrilib. Xüsusilə son vaxtlar azyaşlıların nəzarətsiz şəkildə magistral yollara, səkilərə çıxması və piyadalar üçün təhlükə yaratması cəmiyyətdə ciddi narahatlıq doğurur. İdarəetməsi asan görünən bu vasitələr ağır qəzlara, hətta insan ölümlərinə səbəb olub.

Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev Modern.az-a açıqlamasında azyaşlıların skuter idarə etməsi ilə bağlı halların qeydə alındığını bildirib.

“Velosipedi, kiçik elektrik nəqliyyat vasitəsini və ya arabanı idarə etmək hüququ 14 yaşdan başladığını qeyd edib.

"Skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməlidir. Skuterlərlə ümumi istifadədə olan avtomobil yollarında yalnız sağ kənar zolaqla hərəkət edilməli, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət olunmalıdır. Avtomagistrallarda hərəkət, piyadalara maneə yaratmaq və sükanı tutmadan idarə etmək qadağandır. Bir skuterdə iki nəfərin hərəkət etməsi, işıqfor və yol nişanlarına əməl olunmaması, nəqliyyat axınının əksinə sürülməsi, eləcə də hərəkət zamanı mobil telefondan istifadə ağır qəza riskini artırır. Səkilərdə piyadaların arasından sürətlə keçmək isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə yaradır".

O həmçinin skuter istifadəçilərini qaydalara ciddi əməl etməyə, valideynləri isə uşaqların bu vasitələrdən istifadəsinə nəzarəti gücləndirməyə çağırdı.

Lamiyə Cənnətzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?