Modern.az

Əməkdar artist VƏFAT ETDİ

Əməkdar artist VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

22 Sentyabr 2024, 11:30

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barərə APA-ya mərhumun qızı Elza Məmmədova məlumat verib.

 

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

 

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?