19 Oktyabr 2021, Çərşənbə axşamı
24 Yanvar 2017, 12:19 | Ana Səhifə - Yazılar - Hamımız Çingiz olaq!
Hamımız Çingiz olaq!

Məhsəti Şərif


Qarabağda döyüş bölgəsində şəhid olan Azərbagcan Milli Ordusunun əsgəri Çingiz Qurbanovun nəşi işgalçı Ermənistan tərəfindən 25 gündür ki, qaytarılmir. Əminəm ki, Müdafiə Nazirliyi və bu məsələylə ilgilənməli olan rəsmi qrumlar nəşi almaq üçün çalışırlar. Bu məsələnin rəsmiyyətə tökülən tərəfidir. Bəs biz? Sıradan və sıradan olmayan vətəndaşlar? Nə edirik? Az qala ən adi bir məsələ üçün gündəmi alt-üst edən həmkarlarım? Başa düşürəm, daha ehtiyatlı davranmaq istəyirsiz. Çünkü bəzi məslələrdə işsiz qalma qorxusu var. Məsələn, Lavrova artıq sual verməyin. Bunu artıq anlamaq olar. Amma bir əsgər nəşini almaq üçün sosial şəbəkələrdə hay-küy salmaq  çox asandı axı. Əmin olun buna görə cəza olmaz.


İctimai hay-küy rəsmi gedişdən daha effektli olur. Biz ki, bir gündə komediya artisti Şahan Gökbakarın “Rəcəb İvedik” filminin dizini yerə qoyduq. Biz ki, Türkiyədə, Suriyada, hətta Monqolustanda baş verən ən kiçik hadisəyə belə, təlaşlı statuslar açırıq. Xəbər saytlarında məsələyə münasibət bildirmək üçün sıraya dururuq. O zaman niyə bizə aid olan məsələdə susuruq?


Əmin olun ermənilərin əsgəri Azərbaycan tərəfində qalsaydı, indi erməni ictimaiyyəti Twitter, Facebook və digər sosial şəbəkələrdə dünyanı ayağa qaldırmışdılar. Biz nə Çingiz ola bilərik, nə onun ürəyi parçalanmış ailəsi. Sadəcə, bir gün xəbər yazıb keçdik. Çünkü bu məsələ məsxərəlik deyil. Elə olsa, indi durmadan şit-şit yazırdıq.


Azərbaycan Milli Ordusunun gənc əsgəri şəhid olub və nəşi ermənilərin əlində! Əsgərin cansız bədəninin ermənilərin əlində nə əzab çəkdiyini söyləməmə gərək varmı? Ermənilərin bizim həm dirilərimiz, həm də ölülərimiz üzərində etdikləri vəhşilikləri unutdunuzmu? Biz nə zaman bu qədər duyarsız olduq? Əslində bizim bir ölüdən fərqimiz yoxdu. Olsaydı, Qarabağ kimi cənnət vətəni erməniyə verib, rahat yatmazdıq. Əgər biz diri olsaydıq, Şahbazla Dilqəmi onlardan çoxdan almışdıq. Əmin olun, almanın min cür yolu var. Ürəkli, qəhrəman ogullarımız yoxdumu? Var!... Niyə səsizdirlər? Çünkü nəyin dogru, nəyin yanlış olduğunu bilmirlər, ya da bilir, amma susmağa məcburdular.


Amma biz susmamalıyıq. Öz çapmızda, kiçik alanımızda savaşmalıyıq. Çingiz tək ermənilərin əlində qalan şəhid əsgər deyil. Eyni zamanda, şəhidlərimizin və bundan sonra torpaq uğrunda şəhid olacaq oğul və qızlarımızın nümunəsidir.

Bu gün biz ictimai təsiri sıfır olan bir məsləni böyüdüb, saqqız kimi çeynəyib çürütməyi bacarırıqsa, səsimizi qısmamalıyıq. Yüz Lavrovsevər gəlsin, hara qədər susduracaq? Qarabağ sevgimiz, istəyimiz azalacaqmı? Mənim yox! Çoxunuzun yox!


Ona görə hamımız Çingiz olaq!


Çingizin əzab çəkən soyuq bədəni olaq. Bir az üşüyək, bir az göyərək, hətta üzümüz tanınmaz hala gəlsin, bədənimizin rəngi dəyişsin. Çingiz adına bütün şəhidləri hiss edək. Hiss etməsək də,  ölək! Bəzən ölərək yaşamaq, yaşayaraq ölməkdən yaxşıdı. Bir gün Çingiz Qurbanov olaq! Bir gün xəyalən şəhid olaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Formula 1 Bakıda gələn il bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06