Modern.az

Ərdoğan Kanadanın Baş naziri ilə danışdı

Ərdoğan Kanadanın Baş naziri ilə danışdı

Dünya

Bu gün, 00:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, liderlər Türkiyə-Kanada münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə ilə Kanada arasında ticarət, təhlükəsizlik, müdafiə sənayesi və enerji də daxil olmaqla bir çox sahədə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün çalışdıqlarını bildirib.

Ərdoğan həmçinin Türkiyədə keçiriləcək NATO Liderlər Zirvəsinin müttəfiqlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə ümidini ifadə edib.

Görüşdə Ərdoğan həmçinin Kanadanın Baş naziri Karnini 1 iyul Kanada Günü münasibətilə təbrik edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV