Modern.az

Venesuelada zəlzələ: Ölənlərin sayı 3 minə yaxınlaşır

Venesuelada zəlzələ: Ölənlərin sayı 3 minə yaxınlaşır

Dünya

Bu gün, 00:20

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 2 954 nəfərə, xəsarət alanların sayı isə 16 592 nəfərə yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqqes məlumat verib.

Venesuelanın Kommunikasiya və İnformasiya Nazirliyinin açıqlamasına əsasən, təbii fəlakət nəticəsində 856 bina tamamilə dağılıb.

Məlumata görə, zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə 3 281 beynəlxalq xilasedici cəlb olunub. Bundan əlavə, Karakas hökuməti xilasetmə işlərinin həyata keçirilməsi üçün 29 567 nəfərlik heyət səfərbər edib.

Bildirilib ki, xilasedici qruplar ən çox zərər görmüş bölgələrdə həm ictimai təhlükəsizliyin təmin edilməsi, həm də bərpa və yenidənqurma prosesinə dəstək göstərilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimal hissəsində 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Daha sonra ABŞ Geoloji Xidməti 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanın baş verdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV