Modern.az

Xamenei və ailə üzvlərinin cənazə namazını o qıldı - FOTO

Xamenei və ailə üzvlərinin cənazə namazını o qıldı - FOTO

Dünya

5 İyul 2026, 10:06

İran İslam Respublikasının mərhum ali lideri Ayətullah Seyid Əli Xamenei və ailəsi üçün paytaxt Tehrandakı İmam Xomeyni Musallasında cənazə namazı qılınıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Xamenei və ailə üzvlərinin nəşi üzərində cənazə namazı Ayətullah Cəfər Subhaninin imamlığı ilə qılınıb.

Seyid Əli Xamenei və ailə üzvləri fevralın 28-də ABŞ və İsrailin hücumları nəticəsində öldürülüblər. Həmin hadisə nəticəsində Əli Xameneinin özündən başqa, qızı Büşra Xamenei, kürəkəni Misbahül-Hüda Baqiri, gəlini Zəhra Haddad Adəl və nəvəsi Zəhra Məhəmmədi Gülpayiqani həlak olmuşdu.

Xameneinin nəşi iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlılara xəbərdarlıq - Sizi izləyəcəklər!