Modern.az

Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 46% artıb

Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 46% artıb

İqtisadiyyat

5 İyul 2026, 09:20

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib.

Modern.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi