Modern.az

ABŞ İranla 11 iyulda nələri müzakirə edəcək? - AÇIQLANDI

ABŞ İranla 11 iyulda nələri müzakirə edəcək? - AÇIQLANDI

Dünya

Bu gün, 21:39

ABŞ və İran arasında danışıqların 11 iyulda – İranın mərhum ali lideri Əli Xameneinin çoxgünlük dəfn mərasimləri başa çatdıqdan sonra bərpa olunacağı gözlənilir.

Modern.az xəbər verir ki, "ƏləƏrəbiyyə" telekanalının məlumata görə, danışıqların yeni raundunda Tehrana qarşı tətbiq edilən sanksiyalar, İranın dondurulmuş aktivləri, eləcə də ölkənin nüvə proqramı daxil olmaqla bir sıra əsas məsələlərin müzakirəsi planlaşdırılır.

Tərəflər arasında dolayı texniki məsləhətləşmələrin sonuncu raundu çərşənbə günü Dohada keçirilib. ABŞ Prezidenti Donald Tramp həmin danışıqları “çox uğurlu” kimi qiymətləndirib.

Bununla yanaşı, İran tərəfi milyardlarla dollar məbləğində dondurulmuş vəsaitin qismən azad edilməsi ilə bağlı razılıq əldə olunduğunu bəyan edib. Lakin məlumatlara görə, ABŞ rəsmiləri bunu təkzib edirlər.

Danışıqlar ABŞ və İranın iki həftə əvvəl imzaladığı qarşılıqlı anlaşma memorandumundan sonra keçirilir. Həmin memorandum İranın nüvə proqramı üzrə yekun sazişin əldə olunması üçün 60 günlük müddəti nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV